Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yeni quş qripi yayılır – Avropa və Rusiya təşvişdə

Avropadan Rusiya sərhədlərinə quş qrupi virusu yaxınlaşır. Boyukmillet.com xəbər verir ki, H5N8 ştamlı virus Avropada çox sürətlə yayılır və köçəri quşlarla Rusiya sərhədini keçəcək. Bu qrip ocaqları 2019-cu ilin yazından aşkarlanıb. ABŞ Səhiyyə idarəsi virusun yayılmasını quşların Afrikadan miqrasiyası ilə əlaqələndirir.Rusiya isə quşlardan virusun donuzlara, onlardan da insanlara keçəcəyindən ehtiyat edir.Hazırda hələ ki, quş qripinin A H5N8 ştamının insana yoluxması faktı qeydə alınmadığı üçün, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya riskini aşağı dəyərləndirilib.ÜST maarifləndirmə məqsədilə onu bildirib ki, patogen çox tez mutasiya olunur və insanları yoluxdura bilər.Çıxış yolu virus olan ölkələrdən quş əti və yumurta gətirilməsini dayandırmaqdır.     /Medicina.az/

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …