Şənbə , 18 May 2024
Drone Cameras

İrandan Ermənistana silah daşınır: 6 gündə 5 reys… 

İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə təsdiq, nə də təkzib edir. Görünür, Tehran və İrəvan bu xəbərlər vasitəsilə Azərbaycana təzyiq etdiklərini düşünürlər.

Boyukmillet.com  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün facebook hesabında yazıb. O, İrandan Ermənistana SEPAH-a məxsus hərbi yük təyyarəsi ilə PUA və digər silahlar daşınması barədə məlumatı şərh edib:

“Tehranın başqa bir təzyiq aləti İranın dini liderinin hərbi müşaviri Yəhya Səfəvinin “dünyanın müxtəlif yerlərdəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil” açıqlamasıdır. Əvvəlcə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini nişan göstərdi, ardınca bu açıqlamanın rəsmi təsdiqi gəldi”, – o bildirib.

Qeyd edək ki, 29 mart-4 aprel tarixlərində İranın Sərab və Tehran şəhərlərindən SEPAH-a məxsus “Boinq” hərbi yük təyyarəsi İrəvana 5 dəfə reys həyata keçirib.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …