Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qazaxıstan ekstremizmlə məşğul olan əcnəbilərin ölkəyə girişini qadağan edib

Qazaxıstan parlamentinin aşağı palatasının deputatları plenar iclasda əhalinin miqrasiyası sahəsində dəyişikliklərlə bağlı yuxarı palatanın qanuna düzəlişləri ilə razılaşıblar.

Boyukmillet.com xəbər verir ki, bu dəyişikliklər ekstremist və terror fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Qanunvericiliyə təklif olunan dəyişikliklər, həmçinin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinən əcnəbilərin ölkəyə girişinə və ölkə vətəndaşlığını almasına məhdudiyyətləri də nəzərdə tutur.

İkili vətəndaşlığın əldə edilməsinin qarşısını almaq üçün Qazaxıstan vətəndaşlığı verildikdən sonra xarici pasportdan istifadə halında ölkə vətəndaşlığından çıxarılma tətbiq ediləcək. Mövcud qanunvericilik isə yalnız xarici dövlətin vətəndaşlığının əldə edilməsi halında Qazaxıstan vətəndaşlığının itirilməsini nəzərdə tutur.

Parlament miqrasiya sahəsində qanunvericiliyə dəyişikliklər haqqında qanunu qəbul etdikdən sonra qanun imzalanması üçün Qazaxıstan Prezidentinə təqdim olunacaq.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …