Azərbaycanda rəsmi karyera portalınında kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq.
Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli İnsan Resursları Forumunda deyib.
Onun sözlərinə görə, “Əmək və məşğulluq” altsistemdə (ƏMAS) “Matching” modulu tədbiq olunandan sonra müraciət edənlər öz təhsil və peşəsinə uyğun işə yönləndiriləcəklər, sonra iş yerinə uyğun namizədlər işəgötürənə göstərilir.
M. Abbasbəyli bildirib ki, ƏMAS-da ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalının mövcudluğu işsiz və işaxtaranlar üçün uyğun işlərin tapılmasına kömək edəcək.