Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil olmaması barədə qərar çıxarıb.

Parlamentin yeni qərarının Pekinlə gərginliyə səbəb ola biləcəyi güman olsa da bu tərzlə hazırlanmış məhsulların Avropaya daxil olmasının qarşısı alınacaq.

Yeni qərarda Çinin adı birbaşa çəkilməyib.

Lakin qanunvericilər həmin qərara əsasən məcburi əmək nəticəsində, o cümlədən Şərqi Türküstanda (Sin Kianq) istehsal olunaraq Çindən idxal olunan malların qarşısı alınacağını düşünürlər.

Həmin qərar Avropa Birliyi qanunverilərinin 555 lehinə, 6 əleyhinə və 45 bitərəf səsi ilə ratifikasiya edilib.

Qərar Avropa Birliyinin 27 ölkəsi tərəfindən yükun təsdiq olunmasından sonra qanuna çevriləcək.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …