Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycanla bağlı sanksiya siyahısında 44 məmurun adı var

Hələlik yeni 3 nəfərin kimliyi məlum deyil

Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsi ABŞ Konqresinə təqdim edilib, sənəddə yeni adlar var
Aprelin 26-da ABŞ qanunvericilərinin ikipartiyalı qrupu  insan hüquqlarının pozulmasına, o cümlədən siyasi müxalifətə zorakı repressiyalara görə Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib.

“Turan” yazır ki, bu, Azərbaycana qarşı sanksiyalar haqqında ilk qanun layihəsidir.
Sənədə Konqresin 21 üzvü də qoşulub.
Qanun layihəsi Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək.   

Qanun layihəsinin yekun variantında 41 yox, 44 azərbaycanlı məmur var. 41 məmurun adı daha öncə açıqlanıb, üç nəfərin adı hələlik, məlum deyil.

Konqresmenlər həmin şəxslərin insan hüquqlarının pozulmasında – jurnalistlər, müxalifət fəalları və alimlərin hüquqlarının pozulmasında əlaqəsi olduğunu hesab edirlər.
44 vəzifəli şəxsin tam siyahısı yaxın günlərdə açıqlanacaq.

Qanun layihəsinin yekun variantı Qarabağda müharibəyə də toxunur və Azərbaycan hakimiyyətini ermənilərin hüquqlarını pozmaqda ittiham edir.

Azərbaycan hökuməti “hərbi əsirlərin hamısını azad etməyib və yeni hərbi əsirləri və mülki şəxsləri saxlamağa davam edir. Buna cavabdeh olanlar hüquqi məsuliyyət daşıyanlardır”.

Müəlliflər qeyd edirlər ki, “Azərbaycanda daxili siyasi müxalifətə qarşı amansız repressiyalar Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq doğurur”.

Siyahıda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Penitensiar Xidmət üzvlərinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin və digər dövlət məmurlarının adları var.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …