Bazar , 15 Noyabr 2026
Drone Cameras

KXCP fəalı polisə aparılıb

Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Asiman Yəhyayev dünən polisə aparılıb.
Bu haqda saytımıza siyasi fəalın atası Qəhrəman Yəhyayev məlumat verib.
O bildirib ki, Asiman bir neçə saat Xəzər rayon polis idarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Ondan ictimai asayişi pozan hərəkətlərə yol verməsi ilə bağlı izahat alıblar. Qəhrəman Yəhyayev oğlunun heç bir ictimai asayişi pozmadığıni və qanunsuz olaraq polisə aparıldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl də Asiman Yəhyayevin polis tərəfindən siyasi fəaliyyəti ilə bağlı bir neçə dəfə təqib edilmişdir.
Bundan başqa Asiman Yəhyayevin adına verilmiş partiya sənədi də polis tərəfindən götürülüb və ona qaytarılmayıb.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …