Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Özbəkistan arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir deyib ki, Özbəkistana işgüzar səfəri zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirilmiş görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələlər nəzərdən keçirilib:

“Gündəlikdə biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi haqqında Yol Xəritəsinin icrası, energetika sahəsində birgə fəaliyyətin perspektivləri olub”.

Check Also

İnvestisiya fəaliyyəti ilə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …