Qərbi Azərbaycan Televiziyasının işə başlaması İcmamızın fəaliyyətində yeni bir mərhələdir. Çünki İcma olaraq bizim əsas məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq və bu məsələni dünya miqyasında təbliğ etməkdir.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
Yeni yaranan televiziyanın önəm və missiyasına diqqət çəkən sədr bildirib ki, bunun Qərbi Azərbaycan həqiqətləri sırasında mədəni irsimizin ictimaiyyətə çatdırılmasında, tarixi torpaqlarımızdakı folklor mühitimizin, son 200 ildə soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin, soyqırımlarının, erməni saxtakarlıqlarının ifşasında, tarixi ədalətin bərpasında və soydaşlarımızın tarixi yurd-yuvalarına qayıtmasında böyük rolu olacaq.