Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın Latviyaya ixrac potensialı olan məhsullar açıqlanıb

Azərbaycanın müəyyən qeyri-neft sənaye məhsullarının, o cümlədən kənd təsərrüfatı və emal məhsullarının Latviyada satışını həyata keçirmək mümkündür.

Boyukmillet.com xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri Latviya bazarından platforma olaraq istifadə etməklə digər Baltikyanı ölkələrin bazarına çıxa bilər: “2018-ci ildə Latviyada “Azərbaycan Ticarət Evi” açılan zaman əsas məqsəd həmin ölkədə kənd təsərrüfatı məhsullarını satmaq idi. Belə ki, həmin ildən Azərbaycanın pomidoru Latviyaya ixrac edilib”.

Y.Abdullayev qeyd edib ki, bu gün Azərbaycanla-Latviya arasında biznes forum keçirilib: “Bu tədbir ikitərəfli əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Latviyadan bir neçə şirkət Azərbaycana gəlib, qida sektorunda fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir. Həmin şirkətlərin kənd təsərrüfatı sahəsində böyük təcrübələri var”.

Qeyd edək ki, 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 65 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsi 6 milyon 427,3 min ABŞ dolları təşkil edib ki, bunun da 4 milyon 359,85 min ABŞ dolları idxalın, 2 milyon 067,45 min ABŞ dolları isə ixracın hesabına təmin edilib.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …