Bazar , 8 Fevral 2026
Drone Cameras

KİV: İŞİD-in hücumu nəticəsində İraqın 5 hərbçisi həlak olub

İŞİD terrorçularının İraqın mərkəzi hissəsində həyata keçirdiyi hücum nəticəsində azı ölkənin beş əsgəri həlak olub, daha beşi yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, olay Diyala və Salah əd-Din əyalətlərinin kəsişdiyi yerdə baş verib, ölən iraqlı əsgərlərdən biri zabit rütbəsində olub. Terrorçuların sıralarında itkilər barədə məlumat verilmir.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …