Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Politico: ABŞ dövlət katibi Kiyevə səfər etməyi planlaşdırır

ABŞ dövlət katibi Antoni Blinken bu həftə Kiyevə səfər etməyi planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Blinken bu həftə Ukraynanın paytaxtına səfər edəcək. Qəzetin yazdığı kimi, “onun dəqiq qrafiki məlum deyil, lakin mənbələrdən biri qeyd edib ki, çərşənbə axşamı və çərşənbə günü təhlükəsizlik xidmətləri tərəfindən Kiyevdə yollar bağlanacaq”.

Dövlət Departamenti Blinkenin Ukraynaya gözlənilən səfərini rəsmi olaraq açıqlamayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …