Cümə , 22 Noyabr 2024
Drone Cameras

Milli QHT forumunun keçirdiyi qurultay etirazla qarşılandı – QEYRİ-OBYEKTİV

QHT rəhbəri Samir Adıgözəlli qeyd edir ki, “Sonuncu qurultay 2016 ildə keçirilmişdir və nəhayət 8 ildən sonra 10 cu qurultay baş tutdu.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM )  olaraq bildiririk ki, qurultay vətəndaş cəmiyyətinin inkişafına zidd zəmində qruplaşmaların bir biri ilə mübarizəsi fonunda keçirilib.

Bəzi hökumət qurumlarının təsiri altında olan bir neçə ictimai birliyin rəhbərindən ibarət koalisiya rəhbərliyi formalaşıb. 

Bu o deməkdir ki, QHT Alyansı bundan sonra bu hökumət qurumlarının təzyiqi ilə fəaliyyətin aparacaq.

Dövlət başçısı tərəfindən ictimai nəzarətin həyata keçirilməsi çağırışları da bu minvalla məyusedici sonluğu görmüşdü.

İddia edilən 700 ə yaxın QHT təmsilçiləri deyil,  hökumət nümayəndələrinin istəkləri əsasında formalaşan Alyans Vətəndaş Cəmiyyətini təmsil edə bilməz.

Təəssüflə qeyd etməliyik ki,  QHT Alyansı adına təşkil edilmiş qurultayın  ictimai  təşkilatların fəaliyyətni çərçivələmək  niyyətlərini i bir daha sübut edir 

İSBAM olaraq yuxarıdakılari qeyd edərək  Milli QHT Forumunun  üzvlüyünü tərk etdiyimizi bəyan edirik.”

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …