Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat yönəldilib.

Boyukmillet.com xəbər verir ki, cari ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 milyon manat) çox olmaqla 2 milyard 152 milyon manat vəsait yönəldilib.

Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son dörd ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Check Also

Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha dörd cəzaçəkmə müəssisəsində …