Boyukmillet.com xəbər portalının rəhbəri, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi-nin (İSBAM) sədri Samir Adıgözəlli öz feysbuk hesabında maraqlı paylaşım edib.
Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik:
Ölkədəki hansısa sahə içində biri var problemlərdən, çatışmamazlıqlardan danışasan. Biri də var tam bir xaos.
Bax xəstəxanaların hazırkı durumuna belə izah vermək olar.
Qısa olaraq Şirvan şəhər xəstəxanasında baş verən bir hadisə haqqında məlumat verirəm.
Şirvan şəhər Rəfibəyli küçəsində yaşayan Tarverdiyev Təhmiraz adlı şəxsin 500 manat müqabilində aldığı arayış və sonra baş verənlər.
Deməli vətəndaş Tarverdiyevin gözlərinin görmə qabiliyyətinin (20 faiz) çox aşağı dərəcədədir . Buna görə MERO- dan ( BDYPİ-NİN Şirvan qeydiyyat imtahan şöbəsi) bir məsul şəxs ona bildirib ki, sürücülük vəsiqəsi ala bilməyəcəksən.
Təhmiraz da tənbəllik etmir Şirvan xəstəxanasının şöbə müdiri Səadət Quliyevaya 500 manat verərək sağlamlıq arayışını əldə edir. Daha sonra da MERO daki məlum proseslərdən keçərək sürücü vəsiqəsini alır.
Təhmiraz bir də tənbəllik etməyərək , “sən sürücülük vəsiqəsi ala bilməzsən” deyən məsul şəxsin sifətinə çırpır .
Həngamədə bundan sonra başlayır. Həmin məsul şəxs DİN ə şikayət edir.
TƏBİB, DİN, MERO, Xəstəxana hamısı qarışır bir-birinə. Xalqa məlum olan metodlarla bu hadisə yat-yut olunur.
500 manata arayış satan şöbə müdiri Səadət Quliyeva kimdir?
Şirvan xəstəxanasında pulla bağlı bütün işlərin ondan keçdiyi deyilir. Xəstəxananın direktoru Pərviz Rüstəmbəyov külli ixtiyarı Səadət xanımın sərəncamına verib.
Amma məsələ bununla bitmir.
Xanım şöbə müdiri haqqında daha ilginç məlumatlar var.
Bəzi dəqiqləşdirmələr və əlavə informasiya ilə ictimaiyyətin diqqətinə çatdıracam.
Həə , indi deyirsiz ölkəmiz infarktda dünyada birinci yerdə olmasın bəs nə etsin.
Boyukmillet.com