Fransa-Almaniya silah istehsalı qrupu KNDS bu gün, iyunun 7-də Ukraynada törəmə şirkətinin yaradılmasını rəsmən elan edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” yayıb.
Məlumata görə, KNDS quru silahları sahəsində əsas Avropa oyunçularından biridir. Bu holdinq Fransanın Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi artilleriya sistemləri, döyüş tankları, həmçinin “Sezar” toplarını istehsal edir.
Qeyd olunur ki, törəmə müəssisə Ukrayna ərazisində hərbi texnika və sursat istehsal edəcək. Bu barədə Fransa və Almaniyanın müdafiə nazirləri Sebastien Lecornu və Boris Pistorius danışıblar.
Prezident Vladimir Zelenski və Lekornunun bu gün Paris yaxınlığındakı Versalda silah qrupunun yerləşdiyi yerə baş çəkəcəkləri gözlənilir.
Qeyd edək ki, bir müddət öncə El Mundo yazıb ki, Ukrayna silah istehsalı üçün gizli yeraltı zavodlar şəbəkəsi qurub. Nəşrin mənbələri iddia edir ki, Ukrayna fabrikləri sursat və zirehli maşınlar istehsal etməyə davam edir, lakin müharibənin ilk günlərində geniş dağıntılar səbəbindən hazırda yerin altına köçürülüb. Bəzi fabriklər tamamilə yeraltıdır, digərləri sadəcə kamuflyaj olunur: “böyük bəzəklərlə” gizlənir.
Mart ayında Almaniyanın müdafiə konserni Rheinmetall-ın tezliklə Ukraynada mərmi zavodunun tikintisinə başlayacağı, həmçinin zirehli maşınlar istehsal etməyi planlaşdırdığı bildirilmişdi.
PUA istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Quantum-Systems GmbH” şirkəti aprel ayında Ukraynada daha bir müəssisə açıb.
Musavat.com