Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər.

Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, – o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.

NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …