Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, qarşıdan gələn seçkilərdəki rəqibi, hazırkı prezident Cozef Baydenlə teledebat zamanı deyib.

“Xeyr, onlar qəbuledilməzdir”, – o, jurnalistin müvafiq sualına cavab verib.

“Qulaq as, əgər o, Ukraynaya 200 milyard dollar ayırsaydı, bu, heç vaxt başlamamalı idi. Heç vaxt buna bənzər bir şey olacağını düşünmürəm”, – siyasətçi əlavə edib.

Xatırladaq ki, daha öncə Tramp Filadelfiyada (Pensilvaniya) tərəfdarlarının mitinqində söz vermişdi ki, prezident seçkilərində qalib gəlsə, Amerika administrasiyasının rəhbəri vəzifəsinə rəsmən başlamazdan əvvəl də Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …