Cümə , 22 Noyabr 2024
Drone Cameras

Parisdə radikallar talanlar təşkil edib

 

Fransanın paytaxtı Parisdə parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” (“Black bloc” – red) hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar.

Hadisələr ötən gün axşam saat 20:00-dan sonra, parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib.

Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başladılar.

Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Fransa parlamentinə seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib. Fransızlar ölkə parlamentində maraqlarını təmsil edəcək 577 deputatı seçməli olacaqlar.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …