Bazar , 11 Yanvar 2026
Drone Cameras

Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

Ermənistan Azərbaycanla danışıqlar yolu ilə sülh sazişinin imzalanmasını vacib sayır.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib.

A.Mirzoyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsi, o cümlədən qonşularla münasibətlərin nizamlanması ilə bağlı baxışını təqdim edib.

O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla sərhədin demarkasiyası prosesinin davamlılığının təmin edilməsinin, həmçinin regional rabitə marşrutlarının açılmasının vacibliyini qeyd edib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …