Şənbə , 23 Noyabr 2024
Drone Cameras

TƏBİB-in yaranması ilə səhiyyəmiz nəinki düzəldi hətta düz olanı da əyildi

Sağlamlıq qaldı bir tərəfdə ikitirəlik başladı.

Adam bilmir səhiyyə problemləri ilə bağlı dərdini hara desin.Nəyisə dəyişəndə yenilik gərək insanın problemini həll etsin,işini asanlaşdırsın.Bizdə isə tərsinədir.
Məsələn,sığorta qaydası.Xeyri var,ancaq ziyanı ondan çoxdur.Adi bir sağlamlıq kağızını təxminən 40 manata verirlərsə,sosial cəhətdən imkansız adam bunu necə alsın?

Yaxud sığortadan göndəriş almaq üçün növbəyə durursan,növbən çatanda məlum olur ki,sistem işləmir.

Hələ indiyə kimi bu sistemi düzəldən olmayıb.21-ci əsrdə,texnoloji əsrdə yaşayırıq möhtərəm TƏBİB.

Necə olur ki,poliklinikanın bir tərəfində sisteminiz işləyir,digər tərəfində işləmir? Ya da bir tibb müəssisəsində işləyir,ancaq başqasında işləmir.
Ağzınızda elektron sistem deyirsiniz, SİSTEM.

Yəni mərkəzləşdirilmiş bir şəbəkə.Axı işləməyəndə hamısı dayanmalıdır.Bu necə olur???

Cavabını,səbəbini mən sizə deyim.Özləri belə edir ki camaat bezib özəl klinikalara üz tutsunlar.Yəqin oradan bunlara “çox sağ ol” deyib “hörmət” göstərənlər var…

TƏBİB-lə bağlı başqa narazılıq da var.Bu da kadr məsələsidir.Bunların fəaliyyətinə baxanda düşünürsən ki daha Tibb Universiteti artıqdır,bağlayaq.

Sovet tibb təhsili görmüş,o dövrün təcrübəli həkimləri bir yana,heç müstəqillik zamanında oxumuş həkimlərin iş təminatı düzgün aparılmır.
Hara gedirsən,hansısa uzmanı gözləməli olursan.Yəni Türkiyədə tibb oxumuş həkim.

TƏBİB üçün üstün onlardı.Onlar irəli çəkilir,onlara şərait yaradılır.Maaş fərqi də yerlə göy qədər.

Həmin o uzmanların bir çoxunu həftənin 3-4 günü iş yerində tapsanız çox şanslı sayılarsınız.

Nədir bu ayrıseçkilik? Bu yanaşma ilə səhiyyəmiz necə inkişaf edəcək?

Sima Babayeva

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …