Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Rusiya Ukraynada Uşaq Xəstəxanasını vurub: ölən və yaralananlar var

Hücum nəticəsində 20-dən çox adam ölüb, 50-yə yaxın adam yaralanıb

İyulun 8-də səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Kiyevə və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirdiyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında yazdığına görə, hücum zamanı müxtəlif tipli 40-dan çox raketdən istifadə edilib.

Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk şəhərləri hücuma məruz qalıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, ümumilikdə Ukraynaya hücum nəticəsində 20-yə yaxın adam ölüb, 50-yə yaxın adam yaralanıb.

Ukraynada Uşaq Xəstəxanası. Foto: Reuters

Kiyevin meri Vitali Klıçko bildirib ki, raket hücumu nəticəsində “Oxmatdet” Milli İxtisaslaşdırılmış Uşaq Xəstəxanasının binası vurulub.

Ukraynanın Səhiyyə naziri Viktor Lyaşko bildirib ki, “Oxmatdet” xəstəxanasında xəsarət alanlar var.

Onun sözlərinə görə, raket uşaqların dializ aldığı binaya düşüb.

Reanimasiya, əməliyyat və onkologiya şöbələrinə ziyan dəyib.

Ukrayna Prezidentinin aparatının rəhbərinin kommunikasiyalar üzrə müşaviri Daria Zarivna uşaq xəstəxanasının atəşə tutulması nəticəsində yaralanan uşağın fotosunu “Telegram” kanalında dərc edib.

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, rus qoşunları uşaq xəstəxanasını məqsədli şəkildə vurub.

Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanada dağıntılar altında insanların olduğunu, yaralıların və ölənlərin dəqiq sayının hələlik məlum olmadığını bildirib.

Zelenski baş verənləri “terror” adlandırıb və bütün dünyanı bu haqsılığa göz yummamağa çağırıb.

Rusiya Ukraynaya qarşı müharibəyə 2022-ci il fevralın 24-dən başlayıb.

MEYDAN.TV

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …