Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Bisep: Neokolonializmlə mübarizədə beynəlxalq platforma yaratdığına görə Azərbaycana minnətdarıq

Fransanın müstəmləkəyə çevirdiyi ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan hərəkatların bu gün Bakıda keçirilən birinci qurultayı diqqəti neokolonializm ilə bağlı problemlərə cəlb etmək və onlara son qoymaq məqsədi daşıyır.

Boyukmillet.com xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin nümayəndəsi Jan Jakob Bisep Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci qurultayında deyib.

“Bu qədər siyasi partiyaların, müstəqillik hərəkatlarının iştirakı ilə birinci qurultayın keçirilməsi əməkdaşlığımıza yüksək diqqətin göstəricisidir. 2021-ci ildən Azərbaycan müstəmləkəçiliklə mübarizə məqsədilə təkcə Bakıda deyil, Nyu-York, Cenevrə və digər şəhərlərdə də çoxsaylı tədbirlər təşkil edib”, – Jan Jakob Bisep qeyd edib.

O, həmçinin tədbirin təşkilinə və müstəmləkəçilik siyasətinə qarşı mübarizə üçün beynəlxalq platformanın yaradılmasına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Check Also

Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik …