Prezidentin Rabitə İdarəsi tərəfindən nəşr edilən “Azərbaycanın sirləri” kitabı Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevə təqdim olunub.
Boyukmillet.com xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir Azərbaycan Prezidentinin müşaviri Hacıyevi ziyarət edib.
Anadolu Agentliyinin (AA) Asiya Qafqaz xəbərləri üzrə direktoru Tolqa Özgençin də iştirak etdiyi səfərdə Türkiyə ilə Azərbaycan arasında media sahəsində əlaqələr müzakirə olunub.
Səfər zamanı Hikmət Hacıyevə Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun imzası ilə “Azərbaycanın sirləri” kitabını hədiyyə edib. Kitaba baxış keçirən Hikmət Hacıyev Altun və İşbilirə təşəkkürünü bildirib.
“Azərbaycanın sirləri” kitabında Türkiyə ilə Azərbaycanın qardaşlığı, Azərbaycan mədəniyyəti izah edilir.