Cümə , 20 Sentyabr 2024
Drone Cameras

İcra başçısının köməkçisinin oğlundan dələduzluq əməlləri

Bakıda yaşayan bir sakin Cəlilabad rayon icra hakimiyyəti başçısının köməkçisi Tahir Carçıyevdəndən şikayətçidir. Daha doğrusu, bu məmurun Elvin adlı oğlunu tapmadığına görə vəzifəli atasına üz tutub.

Məsələ budur ki, oğlu atasına güvənərək camaatı aldadır, dələduzluq edir. Aldadıb toruna saldığı adamların pulunu mənimsəyir. Bizə müraciət edən şikayətçi qadının da başına bu cür oyun açıb. Guya iş quracaqlarını vəd edərək pulunu mənimsəyib. Qadın xeylağını aldatmaq bir şərəfsizlik, qaçıb gizlənmək ayrı bir şərəfsizlik…

Mən media nümayəndəsi olaraq bu məsələ ilə bağlı Cəlilabad icra başçısının köməkçisi Tahir müəllimlə əlaqə saxladım. Şikayətçi özü də bir neçə dəfə danışıb. Hər ikimizə deyir ki, məlumatsızdır. Guya bu dələduz onun oğlu deyil, başqa adamdır. Ata da baladan heç geri qalmır.

Ata-bala rayonda at oynadırlar. Hansısa havadarının hesabına hələki kölgədə qala bilirlər. Cəlilabaddan çox xəbərlər gəlir, hörmətli Tahir Carçıyev. Özünüzə  Cəlilabadda tikinti işləri ilə bağlı məsələlər, sosial problemlərin çoxluğu, bürokratik əngəllər barədə bizə də məlumat çatır.

Oğlunuzu düzgün yola dəvət etmək əvəzinə hələ bir əməllərini ört-basdır edirsiniz. Eybi yox. Bu dəfə buradan Cəlilabad icra başçısı Rafiq Cəlilova üzümü tuturam. Hörmətli Rafiq müəllim, xahiş edirəm bu məsələyə müdaxilə edib həllinə kömək edəsiniz.

Sima Babayeva

Check Also

Bakıdakı hərbi hissələrdən birində 4 ildə 4 milyon yeyinti olub

Vəzifə və xüsusi rütbələr üçün ayrılan pulların mənimsənildiyi də ortaya çıxıb Müdafiə Nazirliyi və ona …