Bazar , 5 Aprel 2026
Drone Cameras

Dairə sədri istefa ərizəsi yazıb hospitala yerləşdirildi

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.

Boyukmillet.com-un məlumatına görə, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər  səbəb olub.  İ. Hüseynəliyev  səhhəti ilə bağlı hospitala yerləşdirilib.
İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”

Qeyd edək ki, sözügedən seçki dairəsində  əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni” Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedəcəyi gözlənilir.

Orxan Həsənli

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …