Bazar ertəsi , 6 May 2024
Drone Cameras

İlin ən yaxşı pleymeykerləri açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı pleymeykerinin adını açıqlayıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, federasiya tərəfindən keçirilən sorğunun qalibi İspaniyanın “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi olub. Belə ki, Messi 172 səs toplayıb. İkinci yeri “Barselona”nın digər üzvü Andres İnyesta (66), üçüncü pilləni isə “Real Madrid” komandasının və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos (45) tutub.

Qadınlar arasında ən güclü oyun qurucusu isə 80 səslə Almaniya yığmasının və Fransanın “Lion” klubunun futbolçusu Cenifer Marozsan olub. Braziliyalı Marta 72 səslə ikinci, fransalı Kamille Abili isə 61 səslə üçüncü yerə layiq görülüb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir