Bazar , 11 Yanvar 2026
Drone Cameras

Xan Yunis bölgəsinin atəşə tutulması nəticəsində 49 nəfər ölüb

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis ətrafına endirdiyi aviazərbələr nəticəsində ölən fələstinlilərin sayı 49-a çatıb, ən azı 186 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.

“Bazar ertəsi səhər saatlarından etibarən İsrail ordusunun Xan Yunis bölgəsinə hücumları nəticəsində ən azı 49 nəfər ölüb, 186-dan çox yaralı var. Yaralılar Nasser tibb kompleksinə aparılıb”, – qurumdan bildirilib.

“Əl Cəzirə” telekanalının məlumatına görə, iyulun 22-də səhər saatlarında İsrail ordusu Xan Yunisin şərq rayonlarının sakinlərini bu ərazidə yeni hərbi əməliyyatın başlaması ilə əlaqədar bölgəni tərk etməyə çağırıb. Qeyd olunur ki, bu ərazi əvvəllər anklavda humanitar zonalardan biri olub.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …