Bazar , 29 Noyabr 2026
Drone Cameras

Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro Aİ-yə gələn ay köçürüləcək

“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsait avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması, həmçinin Ukraynanın hərbi sənayesindən silah alınması üçün istifadə olunacaq:

“Biz təkcə Ukrayna üçün deyil, həm də bu ölkənin özündən silah almaq niyyətindəyik”.

Check Also

Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır

Türkiyə 2050-ci ilədək Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə ən azı 12 nüvə reaktoru tikməyi …