Bazar ertəsi , 16 Sentyabr 2024
Drone Cameras

İsrailin Baş naziri Trampla görüşmək niyyətindədir

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə ABŞ-a səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Tramp və Netanyahunun köməkçiləri Floridada görüşün mümkünlüyünü müzakirə ediblər, lakin respublikaçı hələ ki, birbaşa razılıq verməyib.

Mənbə aydınlaşdırıb ki, görüş baş tutsa, bu həftənin sonunda Trampın Şimali Karolinada cümə axşamına planlaşdırılan kampaniya mitinqindən sonra olacaq.

Qeyd edək ki, Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşü, həmçinin çərşənbə günü ABŞ Konqresində ifadə verməsi planlaşdırılır.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …