Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri “rəhbər” şəxsdir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb.

Onlardan birinin – “Sevkan Çele” kod adlı Yusuf Kalkanın “rəhbər” şəxs olduğu, “Silahlı terror təşkilatına üzv olmaq” və “Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə axtarıldığı vurğulanıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …