Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Basketbol Federasiyası (ABF) gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər təşkil edib.

ABF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qurumun idman və konfrans zallarında keçirilmiş tədbir FIBA dərəcəli serbiyalı məşqçi Milan Kotaraçın rəhbərliyi altında baş tutub.

Seminarın əsas məqsədi, gənc məşqçilərin bilik və bacarıqlarının artırılması olub.

Sonda iştirakçılara federasiya rəsmiləri tərəfindən sertifikatlar təqdim edilib.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …