Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Milli Məclisə növbədənkənar seçkilərdə MDB missiyasına Leonid Anfimov rəhbərlik edəcək

MDB baş katibinin birinci müavini Leonid Anfimov sentyabrın 1-də Azərbaycanın Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Birlikdən olan müşahidəçilər missiyasına rəhbərlik edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İcraiyyə Komitəsindən bildirilib ki, MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının çərşənbə axşamı keçirilən iclasının qərarı ilə Anfimovun namizədliyi təsdiq edilib.

“MDB Müşahidəçilər Missiyasının işi şəffaflıq, neytrallıq və seçki prosesinə, dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanacaq”, – İcraiyyə Komitəsindən qeyd edilib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …