Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Rusiya müharibəyə getmək istəyənlərə ödəyəcəyi məbləği artırdı

Döyüşmək istəyən əcnəbilər də 400 min rubl ala biləcək

Rusiyada Şimal Hərbi Dairəsi zonasında xidmət müqaviləsi bağlayan şəxslərə 400 min rubl (4650 dollar) ödəniləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin yeni fərman imzalayıb.

Sənəddə bildirilir ki, avqustun 1-dən dekabrın 31-dək hərbi xidmət müqaviləsi bağlayacaq şəxslərə, həmçinin əcnəbilərə 400 min rubldan az olmayacaq məbləğdə birdəfəlik ödəmə veriləcək. Qərar Donetsk, Luqansk Xalq Respublikaları, Zaporojye, Xerson vilayətləri və Ukrayna ərazilərində xidmət edənlərə şamil olunacaq.

Yəni müharibədə iştiraka razı olan insanlar bu məbləği ala biləcəklər.

Fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərmanda yüksək səviyyəli regional məmurlara “təsis subyektləri hesabına ən azı 400 min rubl məbləğində birdəfəlik nağd pul ödəməsi”ni təyin etmək və həyata keçirmək tövsiyəsi var.

Hökumət fərmanla müəyyən edilmiş birdəfəlik nağd ödənişin həyata keçirilməsi qaydasını müəyyən etməli, habelə onun həyata keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsini təmin etməlidir.

Əvvəllər, yəni müharibənin ilk vaxtlarında (2022-ci il) dövlət müharibədə iştirak edənlərə 195 min rubl (2260 dollar) ödəyirdi.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …