Şənbə , 13 Dekabr 2025
Drone Cameras

AzTV öhdəliklərini 37 % azaldıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2023-cü ili 19,374 milyon manat xalis mənfəətlə başa vurub.

Bu il yanvarın 1-nə AzTV-nin aktivləri 34,833 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 37 % azalaraq 1,646 milyon manata düşüb, balans kapitalı isə 1,2 % artaraq 33,187 milyon manata çatıb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,725 milyon manatdır.

Check Also

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Cari ilin 11 ayında ümumi daxili məhsul 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, …