Bazar , 15 Noyabr 2026
Drone Cameras

Estoniya Rusiya ilə sərhəddə nəzarəti gücləndirib

Estoniya hakimiyyəti Rusiya ilə sərhəddəki keçid məntəqələrində yoxlama standartlarını dəyişir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, bundan sonra tam gömrük nəzarəti qüvvəyə minəcək. “Bu, Estoniya hakimiyyətinin fikrincə, Rusiya tərəfinə qarşı Qərbin sanksiyalarına əməl edilməməsinin qarşısını almaq üçün edilir.

Baltikyanı respublikanın Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış plan Rusiya istiqamətində sərhəddən keçən bütün insanların və malların tam gömrük nəzarətinə mərhələli keçidi nəzərdə tutur”, – məlumatda deyilir.

Estoniya Nazirlər Kabineti hesab edir ki, yeni tədbirlər son nəticədə ölkənin Rusiya ilə sərhədindən insanların axınını azalda bilər.

Tallinn Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına cavab olaraq Qərbin genişmiqyaslı anti-Rusiya sanksiyalarına qoşulub. Eyni zamanda rəsmilər Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin uğursuzluğunu dəfələrlə etiraf ediblər.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …