Cümə axşamı , 19 Sentyabr 2024
Drone Cameras

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcəkdir.

QMİ sədri Şeyxülislam A. Paşazadə vəfat etmiş tanınmış din xadimi – Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Respublikasının Prezidentinin başsağlıqlarını çatdıracaqdır. Mərhumun qəbri ziyarət edilərək ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil ediləcəkdir.

Qaraçay-Çərkəz Respublikasına səfər çərçivəsində Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası keçiriləcəkdir.

Check Also

Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş …