Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb

Türkiyənin Aydın şəhərinin Köşk rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin “Anadolu” agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün yoldakı iti vurmamaq üçün ani manevr etməsi olub. Əvvəlcə ağaca çırpılan avtomobil daha sonra kanala aşıb.

Olay yerinə gələn tibb işçiləri bir sərnişinin yerindəcə keçindiyini müəyyən ediblər.

Yaralı sürücü isə təcili yardımla Aydın Adnan Menderes Universiteti Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Check Also

AK 2027-ci ilə qədər Rusiya qazından imtina planını təsdiqləyib

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol …