Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2023-cü ili 162,917 milyon manat xalis zərərlə başa vurub.

Boyukmillet.com xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,7 % çoxdur.

Ötən il Dövlət Məşğulluq Agentliyinin əməliyyat xərcləri 116,812 milyon manat (əvvəki ilə nisbətən 14,7 % çox), ümumi və inzibati xərcləri 46,209 milyon manat (34,5 % çox), maliyyə xərcləri 195 min manat (39 dəfə çox), maliyyə gəlirləri 4 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 297 min manat (3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (2,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 96,531 milyon manat olub ki, bu da illik müqayisədə 6,8 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 11,2 dəfə artaraq 5,927 milyon manata çatıb, balans kapitalı isə 12,1 % azalaraq 90,604 milyon manata düşüb.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.

Check Also

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və …