QIŞ PORTİRETİ
Qışın bəyaz qarı yağdı gecəyə,
Ruhum yaşıllıqçün aclığa düşdü.
Günəşin istisin uddu soyuqlar,
səhəri yol gələn sular üşüdü!
Ağaclar ağ donun səssizliyində
bahardan gözləyir yol xəritəsin.
Qar üstdə dən gəzən o,boz sərçələr
gəzib dən əvəzi udur nəfəsin !
Evimin damından buzlar sallanır,
qırov pəncərəmə pərdə çəkibdi.
Bu soyuq talehin İLAHİ ! Nədən
geydiyi paltarı ağ tikilibdi ?!
***
Ey,dərdimə şərik gələn,
Döy sinəmi,aç qapısın !
Sevinc varsa,götür payla
Necələrin ac qalmasın !
Öz ağrıma gen-sahiləm,
Gəl,bir ağla gün sahilə !
Çıxart məni sən-sahilə,
Suda qalsın hər acısı !
Sevgi olsa,dərd olmazdı,
Boğulduğum bu-dayazdı !
Gülüşünlə ayazıdım,
Bele çıxır yar ağrısı !
***
Allah qapısın açmadı,
Könlümün qapısın açdım !
Çox çürümüş Adamların,
Içinin pasını açdım !
Hər gün yol gedən qəhərin,
Özüyçün doğan səhərin,
Kimdilər ?! Gizlədib bəli,
Kiməsə yarısın açdım !
Mənə,sənə dönmək üçün,
Ağlıma aldım bir ölçü !
Sirrini öyrənmək üçün,
Dünyanın yarasın açdım !
Söz haqqının yerin görüb,
Can,süfrədə yerin bilib !
Dünyanın əvvəllin görüb,
Qalana sonrasın açdım !
Adam–Mələk,söz də-çörək,
Yaradan-tək,yaranan–tək !
Mənim işim bitdi demək,
Ölümün qapısın açdım !
***
Burax dünyanı başına,
Qalır,qalana qalsın !
Ya doğrunu haqq bilsin,
ya da yalana qalsın !
Ey, kimsən ?! Bəri gəl
mən biləni sən də bil.
Qoy, bizimki İsrafil
suru çalana qalsın !
Dünyanın sərtdi üzü,
ahım tərpətdi üzün.
Şərab süz dərd əvəzi,
hər şey o, yana qalsın !