Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Gürcüstan azərbaycanlılarının yaratdığı hərəkat “Dəyişiklik Naminə Koalisiya”ya qoşulub

FGN ölkədə azərbaycanlılar tərəfindən yaradılmış ilk siyasi birlik hesab olunur

Gürcüstanda yeni yaradılmış gənclərin siyasi birliyi -“Fəallar Gələcək Naminə” (FGN) “Dəyişiklik Naminə Koalisiyası”na qoşulub. “Fəallar Gələcək Naminə” (FGN) Gürcüstanda azərbaycanlılar tərəfindən yaradılmış ilk siyasi birlik hesab olunur.

Koalisiya Akhali (Nika Qvaramia, Nika Melia), Girçi, Droa tərəfindən təsis olunub.

FGN-dən verilən məlumatda ölkədəki siyasi böhrana cavab olaraq, Azərbaycandilli icmanın fəal gəncləri tərəfindən yaradıldığını bildirib.

FGN və onun namizədi, filoloq Oqtay Kazımovun təqdimatı Zuqididə keçirilən tədbirdə olub. Həmçinin Koalisiyaya Respublika Partiyası da qoşulub.

“Özümün və komandamın – “Fəallar Gələcək Naminə”- bu bölgədən təqdim edilməsi çox simvolikdir. Komandaya Gürcüstanın müxtəlif bölgələrindən olan etnik azərbaycanlı fəallar daxildir ki, onlar artıq öz gündəlik işləri və fəaliyyətləri ilə vətənimizin sadiq vətəndaşları olduqlarını sübut ediblər, bundan sonra da edəcəklər”, – Oqtay Kazımov çıxışı zamanı deyib.

Seçkidən əvvəl və seçkidən sonra güvənə biləcəyim insanların yanında olmaqdan şərəf duyuram. Mən şəxsi döyüşümdə qalib gəldim, mənə bu qədər əziyyət verən xəstəliyə qalib gəldim. İndi ölkəni sağaltmaq vaxtıdır, biz bunu birlikdə edəcəyik”, – Respublika Partiyasının sədri Xatuna Samnidze bildirib.

2024-cü il oktyabrın 26-na təyin edilmiş seçkilərdə iştirak etmək üçün koalisiya ilkin olaraq “Axala”, “Girchi – More Freedom” və “Droa” tərəfindən yaradılıb.

Növbəti parlamentə düşmək üçün seçkilərdə iştirak edən partiyaların 5 faizlik baryeri keçməsi lazımdır. Partiyaların baryeri keçməsi və səslərini itirməməsi üçün koalisiyalarda birləşmək qərarına gəliblər.

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …