Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Dövlət Komitəsinin sədri Samir Adigozəllini hədələyir

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM sədri Samir Adigozəlli bir müddətdir ki, Diasporla iş üzrə Dövlət Komitəsində baş verən korrupsiya halları barədə kəskin çıxışlar etməkdə davam edir.

Onun Komitə sədri Fuad Muradov haqqında söylədikləri ictimaiyyət tərəfindən də müzakirələrə yol açıb.

Bu günlərdə Komitə rəhbərliyinə yaxınlığı ilə seçilən şəxs tərəfindən Samir Adigozəllinin hədələnməsi cəmiyyət birmənalı olaraq qarşılanmayıb.
İSBAM sədri mətbuata açıqlamasında aşağıdakıları bildirib :

“İndi görün, Diaspor Komitəsinin rəhbəri Fuad Muradov onu tənqid edən oponentləri ilə necə və hansı üsullarla mübarizə aparır Mətbuatda, internet televiziya efirlərində Fuad Muradovun yarıtmaz fəaliyyətini tənqid etdiyim səbəbindən Fuad Muradovun yaxını Rahim Sadıqbəyli tərəfindən hədələnib və təhqir edilmişəm.

Fuad Muradovun yaxın dostu kimi özünü təqdim edən şəxsin mənə ünvanladığı hədə və təhqirləri sübut edən səs yazısının bir hissəsini təqdim edirəm. Görün, Azərbaycan dövlətinin pulunu Fuad Muradov hansı əxlaqda olan adamlara xərcləyir. Mən onların səviyyəsinə enib, söyüşə söyüşlə cavab vermirəm.

Ancaq əlaqədar qurumlardan bu məsələni nəzarətə götürmələrini və Fuad Muradovun hədələrindən məni qorumağı tələb edirəm.
İlham Əliyevin korrupsioner məmurları mənim kimi ictimai fəalları fiziki cəhətdən məhv etmək yolu tutublar.”

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …