Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Pavel Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib

“Telegram”ın təsisçisi Pavel Durov Fransada “persona non qrata” (arzuolunmaz şəxs) elan edilmişdi.

İş adamı öz statusunu öncədən bilirdi. Lakin buna baxmayaraq, onun təyyarəsinin bu ölkəyə niyə uçduğu məlum deyil.

Bildirilir ki, rəsmi Paris Aİ-nin “Telegram”a qarşı sanksiyalar tətbiq etməsi üçün Durovun məhkəməsindən istifadə edə bilər.

Qeyd olunur ki, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib.

00:44

“Telegram”ın təsisçisi və baş direktoru Paver Durov şənbə günü axşam “Le Burje” hava limanında saxlanılıb. 39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.

Boyukmillet.com xəbər verir ki, P.Durov barəsində ilkin araşdırma əsasında Fransa Məhkəmə Polisi tərəfindən ölkə üzrə axtarış elan edilib.

Onun barəsində qərar narkotiklərin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər üzrə Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməməsi səbəbindən verilib.

Təsdiqlənməmiş məlumatlara görə, Durov Fransaya Azərbaycandan gəlib.

Bildirilir ki, Durov hakim qarşısına çıxarılacaq. O, bir sıra cinayətlərdə ittiham oluna bilər: Terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi və s. Qeyd olunur ki, iş adamını 20 illik həbs cəzası gözləyir.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …