Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Vyetnamın Türkiyədəki səfiri: COP29 Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir.

Bu fikirləri “Report”un Ankara bürosuna Vyetnam Sosialist Respublikasının Türkiyədəki səfiri Do Son Hai bildirib.

Səfir deyib ki, hazırda bütün dünyanın diqqətinin üzərində olduğu bu beynəlxalq tədbirdə iştirak üçün ölkəsinin rəhbərliyi də dəvət alıb: “Biz COP29-a dəvət olunmuşuq. Düşünürəm ki, ölkəmiz bütün dünya üçün ekoloji əhəmiyyəti olan bu tədbirdə yüksək səviyyədə təmsil olunacaq”.

Azərbaycanın ən mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan səfirin fikrincə, rəsmi Bakı COP29-un da öhdəsindən layiqincə gələcək.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …