Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O bildirib ki, Macarıstan XİN başçısı Rusiya-Ukrayna müharibəsi barədə bu gün Brüsseldə baş tutan Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə danışıb.

P.Siyarto çıxışı zamanı video paylaşma platformalarında yayılan və Ukrayna vətəndaşlarının ön cəbhəyə necə aparıldığını göstərən görüntüləri dəhşətlə izlədiyini ifadə edib.

Macarıstan XİN başçısı buna təcili son verilməli olduğunu vurğulayaraq, Ukraynadakı müharibənin dayandırılması üçün çağırış edib. O, regiona daha çox silah göndərildikcə və Rusiya ərazilərinə daha dərindən zərbələr endirildikcə gərginliyin daha da artma riski olduğunu, bunun müharibəni daha da dağıdıcı hala gətirəcəyini bildirib.

“Biz bunu istəmirik”, – deyə P.Siyarto vurğulayıb və Macarıstanın sülhyönümlü mövqeni müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …