Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Ermənistandan Avstraliyaya tiryək göndərmək istəyən iranlı saxlanılıb

Ermənistandan Avstraliyaya 230 qrama yaxın tiryək göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Komitənin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin əməliyyatçıları ilə birgə Qafan şəhərindəki poçt şöbəsində bağlamaya baxış zamanı tiryəkə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar ediblər.

Faktla bağlı cinayət işi açılıb, narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinən iranlı saxlanılıb.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …