Bazar , 15 Noyabr 2026
Drone Cameras

Yəmən sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib

Yəmənin Əs-Salif sahilindən 70 dəniz mili şimal-qərbində ticarət gəmisi hücuma məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, gəmi iki naməlum mərmi ilə hücuma məruz qalıb. Ekipaj zərəri aradan qaldırmaq üçün çalışır.Qeyd edilib ki, göyərtədə ölən və yaralananlar yoxdur.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …