Bazar , 24 Noyabr 2024
Drone Cameras

Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dövlət Dumasına müraciət edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təxribatçı bəyanatları ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.

Boyukmillet.com xəbər verir ki, səfir məktubda Dövlət Duması sədrinin diqqətini deputat Zatulinin növbəti çirkin hərəkətinə çəkib. Zatulin artıq fəaliyyət göstərməyən “DQR”in “Müstəqillik günü” münasibətilə bu il sentyabrın 2-də “təbriklər” dərc edib.

“Zatulin təxribat xarakterli müraciətində guya “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçılara dəstək verməklə, artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərinə və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçulara istinad edir”, – P.Bülbüloğlu bildirib.Məktubda qeyd edilib ki, Ermənistanda “persona non-grata” elan edilən K.Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və narrativləri təbliğ etməkdə davam edir: “O, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətlər həyata keçirməklə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür”.Səfir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin ötən ay Azərbaycana dövlət səfəri zamanı tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyiblər, həmçinin Rusiya lideri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına töhfə verməyə hazır olduğunu bildirib.Diplomat bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …