Şənbə , 5 Aprel 2025
Drone Cameras

KİV: HƏMAS-ın təhlükəsizlik xidmətinin rəis müavini öldürülüb

Qəzza zolağının şimalında Fələstinin radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini İsrailin hava hücumu nəticəsində həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Məlumata görə, polkovnik Məhəmməd Mursi ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

Check Also

Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir. Boyukmillet.com-un məlumatına …