Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir iclasda çıxış edib. O, üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın inkişafından, habelə təşkilatın əsas nailiyyətlərindən danışıb.
C.Bayramov iclasda qardaş ölkələrdən olan həmkarları ilə görüşməkdən məmnun olduğunu deyib: “Təşkilatımızın nailiyyətləri və türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsi hədsiz qürur hissi doğurur. Qardaş Qazaxıstana təşkilata əla sədrlik etdiyinə görə minnətdarlığımızı bildirir və qardaş Qırğızıstana bu məsuliyyətli vəzifəni öhdəsinə götürməsində uğurlar arzulayırıq”.